BAKI, 6 yanvar. TELEQRAF

Fransanın PSJ klubunun futbolçusu Lukas Beraldo karyerasını Türkiyədə davam etdirə bilər.

Teleqraf "Posta"ya istinadən xəbər verir ki, braziliya müdafiəçi "Fənərbağça"nın maraq dairəsinə düşüb.

İstanbul təmsilçisi 22 yaşlı oyunçunu satınalma şərti ilə icarəyə götürmək niyyətindədir.

Beraldonun PSJ-də istədiyi qədər oyun təcrübəsi qazanmadığı üçün bu keçidə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Lukas Beraldo cari mövsüm ərzində 10 oyunda iştirak edib və 1 qol vurub. O, Braziliya yığma komandasının da üzvüdür.