BAKI, 3 yanvar. TELEQRAF
Ukraynalı mütəxəssis Yuri Vernidubun bu yaxınlarda “Neftçi” ilə müqavilə bağlayarkən sənəddə xüsusi bəndin yer aldığı məlum olub.
Teleqraf xəbər verir ki, bu barədə “TaToTake” adlı məşhur YouTube kanalı məlumat yayıb.
Həmin bəndə əsasən, baş məşqçinin məsuliyyət dairəsinə daxil olan bütün məsələlərdə Rusiya klubları ilə istənilən formada əlaqələr tam istisna edilir. Bu, həm transfer siyasətinə, həm də Rusiya komandaları ilə mümkün yoldaşlıq oyunlarına aiddir.
Qeyd edək ki, daha əvvəl “Neftçi”nin Yuri Vernidub və onun köməkçilərinin ölkədən çıxışı üçün Ukraynanın müvafiq qurumlarına müraciət etdiyi və bunun nəticəsində mütəxəssisin yeni klubunda fəaliyyətə qanuni şəkildə başladığı bildirilmişdi.