BAKI, 25 dekabr. TELEQRAF

Narkotik araşdırması çərçivəsində saxlanılan Türkiyənin "Fənərbağça" klubunun prezidenti Sadəttin Saran sərbəst buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.

O, ifadə verdikdən sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Onu qarşılamaq üçün "Fənərbağça" İdarə Heyətinin üzvü Ertan Torunoğulları və bəzi tərəfdarlar İstanbul Prokurorluğuna gəlib.

Qeyd edək ki, Sadəttin Saran ötən gün saxlanılmışdı.