BAKI, 9 dekabr. TELEQRAF

Azərbaycan ağırlıqqaldırma ictimaiyyətinə ağır itki üz verib.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının idman ustası, “Əməkdar məşqçi”, Respublika dərəcəli hakim və “Göyəzən” klubunun məşqçi müəllimi Abdalov Rəayət Əziz oğlu dünyasını dəyişib.

Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti məlumat yayıb.

1971-ci ildə doğulmuş Rəayət Abdalov məşqçilik fəaliyyəti dönəmində onlarla atleti beynəlxalq yarışlara hazırlayıb. Onun yetirmələri dünya və Avropa səviyyəli yarışlarda, İslam Həmrəyliyi Oyunlarında ölkəmizi layiqincə təmsil edərək Vətənə medallarla qayıdıblar.