BAKI, 5 dekabr. TELEQRAF
İspaniyanın "Barselona" klubu futbolçusu Erik Qarsiyanın müqaviləsini uzadıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Kataloniya təmsilçisi ilə 6 illik sözləşmə imzalayıb.
Qarsiyanın əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.
Qeyd edək ki, Erik Qarsiya "Barselona"nın yetirməsidir. O, 2018-2021-ci illərdə İngiltərənin "Mançester Siti", 2023-2024-də isə İspaniyanın "Jirona" klublarında çıxış edib.