BAKI, 2 dekabr. TELEQRAF
Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül saxlanılıb.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, 40 yaşlı müdafiəçi İstanbul Fond Birjasındakı "Avrupa Holding Yatırım" şirkətinin səhmlərini manipulyasiya etməkdə ittiham olunur.
Onunla birlikdə 11 nəfər saxlanılıb.
Gönül son olaraq Türkiyənin U-21 yığmasının baş məşqçisi olub.
Qeyd edək ki, Gökhan Gönül karyerası ərzində "Fənərbağça" və "Beşiktaş" kimi klubların şərəfini qoruyub. O, Türkiyə millisinin heyətində 66 oyun keçirib.