BAKI, 1 dekabr. TELEQRAF

Türkiyə Superliqasının XIV turu çərçivəsində "Fənərbağça" "Qalatasaray"ı qəbul edib.

Teleqraf xəbər verir ki, "Çobani" stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 1:1.

Baş hakim Yasin Kolun idarə etdiyi görüşdə hesabı 27-ci dəqiqədə "Cim-Bom"un cinah oyunçusu Leron Sane açıb.

Qarşılaşmanın 90+5-ci dəqiqəsində "sarı-lacivərdlilər"in hücumçusu Con Duran komandasını məğlubiyyətdən xilas edib.

Bununla da "Qalatasaray" xallarının sayını 33-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmlədib. "Fənərbağça" bir xal az toplayaraq ikinci sırada qərarlaşıb.

Qeyd edək ki, "Qalatasaray" növbəti turda evdə "Samsunspor"la, "Fənərbağça" isə səfərdə "Başakşehir"lə qarşılaşacaq.