ŞAMAXI, 30 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XIII turunda “Şamaxı” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Tural Qurbanovun idarə etdiyi görüşdə ilk qolu 70-ci dəqiqədə Karim Rossi vurulub. 88-ci dəqiqədə Aleksa Yankoviç hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə isə Aleksandr Ramalinqom “kimyaçılar”ın qələbə qolunun müəllifi olub.

Bu nəticədən sonra Ayxan Abbasovun komandası xalını 17-ə yüksəldərək turnir cədvəlinin 7-ci pilləsinə qalxıb. “Kimyaçılar” isə 20 xalla 5-ci sırada qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.