BAKI, 28 noyabr. TELEQRAF

İspaniyanın "Real Betis" klubu baş məşqçi Manuel Pelleqrini ilə müqaviləni yeniləyib.

Teleqraf La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 72 yaşlı çilili mütəxəssislə 2027-ci ilin yayına qədər müddəti olan sözləşmə imzalanıb.

Pelleqrini 2020-ci ilin avqustdundan "Real Betis"in baş məşqçisidir.

Qeyd edək ki, Manuel Pelleqrini daha əvvəl İngiltərədə "Vest Hem Yunayted", "Mançester Siti", İspaniyada isə "Real Madrid"i çalışdırıb.