BAKI, 26 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsində V tura start verilib.
Teleqraf xəbər verir ki, ilk oyun günündə 9 oyun keçirilib.
"Qarabağ"ın növbəti rəqiblərindən olan Niderlandın "Ayaks" klubu evdə Portuqaliya "Benfika"sına uduzub - 0:2.
İspaniyanın "Barselona" komandası isə İngiltərədə "Çelsi"yə böyük hesabla uduzub - 0:3.
Qeyd edək ki, tura noyabrın 26-da yekun vurulacaq.
UEFA Çempionlar Liqası
Əsas mərhələ
V tur
25 noyabr
“Ayaks” (Niderland) - “Benfika” (Portuqaliya) 0:2
“Qalatasaray” (Türkiyə) - “Yunion Royal” (Belçika) 0:1
“Napoli” (İtaliya) - “Qarabağ” (Azərbaycan) 2:0
“Borussiya Dortmund” (Almaniya) - “Vilyarreal” (İspaniya) 4:0
“Budo/Qlimt” (Norveç) - “Yuventus” (İtaliya) 2:3
“Mançester Siti” (İngiltərə) - “Bayer Leverkuzen” (Almaniya) 0:2
“Marsel” (Fransa) - “Nyukasl Yunayted” (İngiltərə) 2:1
“Slaviya Praqa” (Çexiya) - “Atletik Bilbao” (İspaniya) 0:0
“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya) 3:0