BAKI, 20 noyabr. TELEQRAF

Türkiyə "Fənərbağça"sı İspaniyanın "Atletiko Madrid" klubunun futbolçusu Aleksandr Sörlotla maraqlanır.

Teleqraf "Tribuna"ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi norveçli hücumçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

29 yaşlı oyunçunun özü də bu keçidə müsbət yanaşır. Belə ki, o, Madrid klubunda oyun vaxtı azlığından narazıdır.

Onun "Atletiko Madrid"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Aleksandr Sörlot cari mövsüm ərzində meydana çıxdığı 14 oyunda 2 qol vurub. O, 2019/2020 mövsümündə "Trabzonspor"un heyətində çıxış edərkən Türkiyə Superliqasının bombardiri olub.