BAKI, 10 noyabr. TELEQRAF
İspaniyanın “Real Madrid" klubunun qapıçısı Tibo Kurtua sıradan çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belçikalı futbolçu İspaniya La Liqasının 12-ci turunda səfərdə “Rayo Valyekano” ilə matçda (0:0) zədələnib.
Kurtuaya sağ ayağının əzələsində zədə diaqnozu qoyulub.
Qeyd edək ki, Tibo Kurtua cari mövsüm ərzində 18 oyunda iştirak edib.