BAKI, 7 noyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start verilib.

Teleqraf xəbər verir ki, "Zəfər turu"nun açılış matçında "Şamaxı" "İmişli"ni qəbul edib.

Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.

Ayxan Abbasovun kollektivi hazırda 13 xalla turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. Jorj Kaşkilyanın komandası isə 12 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.