BAKI, 28 oktyabr. TELEQRAF

Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Dinamo" və "Turan Tovuz" komandaları qarşılaşıb.

Teleqraf xəbər verir ki, görüş "Azərsun Arena"da baş tutub.

Tovuz təmsilçisi 5:0 hesablı qələbəsi ilə növbəti mərhələyə vəsiqəni təmin edib.

Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.

***

16:52

Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.

Teleqraf xəbər verir ki, II təsnifat mərhələsində "Karvan-Yevlax" Şamaxı şəhər stadionunda “Sheki Siti" ilə görüşüb - 1:1.

Əlavə vaxtda isə Yevlax təmsilçisi hesabı 3:1 etməyi bacarıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.

***
16:19

Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Teleqraf xəbər verir ki, bu qarşılaşmalardan sonra 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandalar bəlli olub.

Mərhələnin ilk oyun günündə "Kəpəz", “İmişli”,“Şəfa” və “Baku Sportinq” növbəti mərhələyə adlarını yazdırıblar.

“Cəbrayıl” – “Şəfa” 0:3

“Göygöl” – “Baku Sportinq” 0:2

“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1

“Qaradağ Lökbatan” – “İmişli” 2:3

Qeyd edək ki, Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.