BAKI, 23 iyun. TELEQRAF

Bakı Şəhər Bələdiyyə Teatrı və “Yaşıl Teatr” Konsert Kompleksi bütün əmlakı ilə birlikdə Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun "Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" Prezident Fərmanının icrasını təmin etmək məqsədilə imzaladığı Sərəncamda qeyd olunub.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi müvafiq qurumlarla razılaşdırmaqla hər iki mədəniyyət ocağının bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etməli və iki ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.