BAKI, 23 iyun. TELEQRAF

Qırğızıstan hərbçiləri ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən təşkil edilən beynəlxalq “Regional Əməkdaşlıq - 2026” təlimlərində iştirak ediblər.

Teleqraf xəbər verir ki, təlimlər ABŞ-nin Montana ştatında keçirilib.

Manevrlərdə 10 ölkədən 350-dən çox hərbi qulluqçu, eləcə də ABŞ Milli Qvardiyasının nümayəndələri iştirak ediblər. Tədbirlərin əsas məqsədi müxtəlif ölkələrin hərbçiləri arasında əməkdaşlığı inkişaf etdirmək, birgə əməliyyatlara hazırlığı artırmaq və regional təhlükəsizliyi gücləndirmək olub.

Mərkəzi Komandanlıq qeyd edib ki, proqrama birgə təlim, təcrübə mübadiləsi və müxtəlif ssenarilərin tətbiqi daxildir.

Təlimlər ənənəvi olaraq Mərkəzi və Cənubi Asiya ölkələrini bir araya gətirir və 30 ildən çoxdur müntəzəm olaraq keçirilir.