BAKI, 23 iyun. TELEQRAF

Hüquq-mühafizə orqanlarının əməkdaşları ”Ermənistan” fraksiyasının deputatı və “Daşnaksütyun” partiyasının lideri İşxan Saqatelyanın mənzilində axtarış aparıblar, hazırda onun avtomobillərini axtarırlar.

Teleqraf xəbər verir ki, bu barədə vəkil Sergey Arutyunyan deyib.

O qeyd edib ki, mənzildə axtarış başa çatıb, heç nə tapılmayıb, indi isə onun avtomobillərində axtarış aparılır.

Ermənistan İstintaq Komitəsindən yerli mediaya bildirilib ki, İşxan Saqatelyanın evində axtarış cinayət işi çərçivəsində aparılıb.

***

10:45

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları “Daşnaksütyun” partiyasının lideri, deputat İşxan Saqatelyanın ofisində axtarış aparırlar.

Teleqraf xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat Geqam Manukyan məlumat verib.

O bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları səhər tezdən İşxan Saqatelyanın ofisinə daxil olublar:

“Ona və vəkili Sergey Autyunyana içəri girməyə icazə verilmir”.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının axtarışları hansı səbəbdən apardıqları məlum deyil.