BAKI, 21 oktyabr. TELEQRAF

İngiltərənin "Nyukasl Yunayted" klubu qapıçı Nik Popla müqaviləni yeniləyib.

Teleqraf xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu "Sky Sport"a açıqlamasında deyib.

Tərəflər arasında əvvəlki razılaşma 2026-cı ilin yayına kimi idi.

"Yeni sözləşməm 2027-ci ilin yayına qədərdir. Burada mümkün qədər çox vaxt keçirməyi hədəfləmişəm", - deyə Pop bildirib.

Qeyd edək ki, Nik Pop 2022-ci ildən "Nyukasl Yunayted"in şərəfini qoruyur. O, cari mövsüm ərzində 10 oyunda meydana çıxıb.