BAKI, 19 oktyabr. TELEQRAF
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi karyerası ilə bağlı qərar verib.
Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
38 yaşlı argentinalı hücumçu MLS təmsilçisi ilə yeni sözləşmə imzalayacaq. Tərəflər arasında yeni müqavilə üzrə danışıqlar yekunlaşmaq üzrədir.
Messinin "İnter Mayami" ilə hazırkı razılaşması cari ilin sonuna qədərdir.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"nin şərəfini qoruyur.