BAKI, 9 oktyab. TELEQRAF

Bu gün futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinin görüşləri keçirilib.

Teleqraf xəbər verir ki, ilk oyun günündə II təsnifat mərhələsinə vəsiqə qazanan dörd komanda müəyyənləşib.

"Ağstafa Gəncləri" "Şirvan"ı 1:0, "Qaradağ Lökbatan" "Ağdaş"ı 8:0, "Şəki Siti" "Araz-Saatlı"nı 3:2, "Dinamo" isə "Kür-Araz"ı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, I təsnifat mərhələsinin digər matçları oktyabrın 10-da baş tutacaq."Quba" "Xankəndi"ni, "Göygöl" isə "Şəmkir"i qəbul edəcək.