BAKI, 8 oktyabr. TELEQRAF

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Paris şəhərinə yola düşüb.

Teleqraf xəbər verir ki, yığmanı səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Komandamız oktyabrın 9-da Bakı vaxtı ilə saat 22:00-da matçın baş tutacağı “Park de Prens” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.