BAKI, 8 oktyabr. TELEQRAF

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar yoxlama oyunu keçirəcək.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-ağlar" I Liqada çıxış edən "Şəfa" ilə gücünü sınayacaq.

Qeyd edək ki, görüş oktyabrın 10-da, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.