BAKI, 8 oktyabr. TELEQRAF
Azərbaycan milli komandasının Fransa yığması ilə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Teleqraf xəbər verir ki, “Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan Rohit Saqqi idarə edəcək.
Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen və Daniel Hiqraff kömək edəcək.
VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.