BAKI, 7 oktyabr. TELEQRAF
Moskva “Torpedo” klubunun həmtəsisçisi Leonid Sobolev futbol hakimlərini rüşvətə cəlb etməkdə ittiham olunur.
Teleqraf TASS-a istinadən xəbər verir ki, o, istintaqa verdiyi ifadəsində törətdiyi əməli etiraf edib.
Sobolev istintaq təcridxanasından azad edilərək ev dustaqlığına buraxılıb. Digər ittiham olunan sabiq baş direktor Valeri Skorodumov isə hələ də həbsdə qalır.
Xatırladaq ki, Sobolev iyunun 21-də “Torpedo”nun oyunlarının nəticələrinə hakimlərə rüşvət verməklə qanunsuz təsir göstərməyə cəhd etdiyi üçün saxlanılmışdı. Ötən mövsüm “Torpedo” Rusiya Premyer Liqasında oynamaq hüququ qazansa da, Rusiya Futbol İttifaqı Sobolevin iştirakı ilə baş verən qalmaqala görə klubu ikinci liqada saxlamışdı.