BAKI, 6 oktyabr. TELEQRAF
İngiltərənin “Heşteq United” klubunun futbolçusu Raman Sidhu ürək tutmasından vəfat edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, həkimlər 22 yaşlı oyunçunun həyatını xilas etməyə çalışsa da, bu, nəticə verməyib.

“Xilasedicilərin iki saatdan artıq davam edən səylərinə baxmayaraq, təəssüf ki, Ramanın həyatını xilas etmək mümkün olmadı. Onun ailəsinə, komanda yoldaşlarına dərin hüznlə başsağlığı veririk”, – deyə, klubun bəyanatında bildirilib.