BAKI, 24 sentyabr. TELEQRAF

Xabi Alonso son 20 ildə “Real Madrid”in başında ardıcıl 6 liqa matçını qalibiyyətlə başa vuran ilk məşqçi olub.

Teleqraf xəbər verir ki, mütəxəssis bu uğura La Liqanın VI turunda “Levante”ni 4:1 hesabı ilə məğlub edərək nail olub.

Daha əvvəl oxşar nəticəni 2005-ci ildə Vanderley Luşemburqo göstərmişdi. Ümumilikdə isə Madrid klubu tarixində cəmi 6 dəfə mövsümə 6 qələbə ilə başlayıb ki, bu da 1958/1959, 1961/1962, 1968/1969, 1987/1988, 2022/2023 və 2025/2026 mövsümlərində baş verib.

Qeyd edək ki, XXI əsrdə La Liqada debüt mövsümündə ən azı 6 oyun ardıcıl qazanan digər baş məşqçilər yalnız “Barselona”dan olub. Bunlar Tito Vilanova (2012), Xerardo Martino (2013) və Hansi Flikdir (2024)