BAKI, 22 sentyabr. TELEQRAF

Almaniyanın "Bavariya" klubunun futbolçusu Dayo Upamekano karyerasını İspaniyada davam etdirə bilər.

Teleqraf "Marca"ya istinadən xəbər verir ki, fransalı müdafiəçi ilə "Real Madrid" maraqlanır.

26 yaşlı oyunçunun agenti artıq potensial transfer üzərində işləməyə başlayıb.

Konate İngiltərənin "Liverpul" komandasının da maraq dairəsindədir.

Qeyd edək ki, Dayo Upamekanonun "Bavariya" ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.