BAKI, 22 sentyabr. TELEQRAF

Yayda "Zirə"dən ayrılan futbolçu Yusuf Lavalın yeni klubu müəyyənləşib.

Teleqraf xəbər verir ki, nigeriyalı hücumçu karyerasını İraqda davam etdirəcək.

27 yaşlı oyunçu "Əl-Karx" klubuna keçib.

Laval 2024-cü ilin yayından "Zirə"də çıxış edirdi. O, 2020-2022-ci illərdə "Neftçi"nin şərəfini qoruyub.

Qeyd edək ki, Yusuf Laval ötən mövsüm ərzində meydanda olduğu 10 oyunda bir qol müəllifi olub.