BAKI, 14 sentyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Günün ilk matçında “Şamaxı” doğma meydanda “Karvan-Yevlax”la üz-üzə gələcək.

Baş hakim Fərid Hacıyevin idarə edəcəyi görüş saat 16:30-da start götürəcək.

Digər oyun isə “Neftçi” və “Sabah” arasında keçiriləcək.

İnqilab Məmmədova həvalə olunan qarşılaşma saat 19:00-da başlanacaq.

Qeyd edək ki, turun digər oyunlarında “Turan Tovuz” evdə “Qəbələ”yə, “İmişli” isə “Sumqayıt”a minimal hesabla qalib gəlib. “Qarabağ” doğma meydanında “Zirə” ilə 1:1 hesablı heç-heçə edib, “Kəpəz” isə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzub.