BAKI, 28 avqust. TELEQRAF

İspaniyanın "Vilyarreal" klubu Fransanın PSJ klubundan qapıçı Arnau Tenası transfer edib.

Teleqraf xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Sarılar" 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb. Paris klubu bu keçiddən 2,5 milyon avro gəlir əldə edib.

Qeyd edək, Arnau Tenas İspaniyanın "Barselona" komandasının yetirməsidir. O, 2023-cü ildə Kataloniya təmsilçisini azad agent statusunda tərk edərək PSJ-yə keçib.