BAKI, 26 avqust. TELEQRAF

İspaniya "Real Madrid"inin sabiq futbolçusu Lukas Vaskes Almaniyanın "Bayer Leverkuzen" klubuna keçəcək.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, 34 yaşlı cinah müdafiəçisi bu gün tibbi müayinədən keçəcək və tezliklə Bundesliqa təmsilçisi ilə müqavilə imzalayacaq.

İspaniyalı oyunçu ilə daha əvvəl Türkiyənin "Beşiktaş" komandası maraqlanırdı.

Qeyd edək ki, Lukas Vaskes ötən mövsüm ərzində iştirak etdiyi 53 oyunda 2 qol və 8 məhsuldar ötürmə müəllifi olub.