BAKI, 25 avqust. TELEQRAF
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Dani Sebalyos Fransa "Marsel"inə keçə bilər.
Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər mümkün keçidi razılaşdırmağa çalışırlar. Fransa klubu 29 yaşlı ispaniyalını yarımmüdafiəçini icarəyə götürmək istəyir.
Qeyd edək ki, Dani Sebalyosun "Real Madrid"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, 2024/25 mövsümündə 45 oyun keçirib və 2 məhsuldar ötürmə edib.