BAKI, 25 avqust. TELEQRAF
"Vilyarreal" İspaniya La Liqasının II turunda evdə "Jirona"nı darmadağın edib - 5:0.
Teleqraf xəbər verir ki, "sarılar"ın heyətində het-trik edən Teycon Byükenen turnirin tarixinə düşüb.
26 yaşlı yarımmüdafiəçi La Liqa tarixində bir oyunda üç qol vuran ilk kanadalı futbolçu olub.
Qeyd edək ki, Teycon Byükenen müqavilə ilə İtaliya "İnter"inə məxsusdur. O, fevralın 1-də icarə əsasında "Vilyarreal"a keçib.