BAKI, 24 avqust. TELEQRAF
”Milan”ın yeni transferi Luka Modriç İtaliya A Seriyasında debüt edən ən yaşlı futbolçu olub.
Teleqraf xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi buna I turda evdə “Kremoneze”yə 1:2 hesabı ilə məğlub olduqları oyunda meydana çıxmaqla nail olub.
Modriç İtaliya çempionatında 39 yaş, 11 ay və 14 günündə debüt edib.
Qeyd edək ki, Luka Modriç “Milan”a İspaniyanın “Real Madrid” klubundan keçib.