BAKI, 20 avqust. TELEQRAF

“Real” “Osasuna”nı 1:0 hesabı ilə məğlub edərək, ilk turda məğlubiyyətsiz oyunlar seriyasına görə İspaniya çempionatının yeni rekordunu müəyyənləşdirib.

Teleqraf xəbər verir ki, Madriddə baş tutan matçda yeganə qolu 51-ci dəqiqədə penaltidən Kilian Mbappe vurub.

“Real Madrid” ardıcıl 17 ildir İspaniya çempionatının ilk turunda uduzmur. Klub ilk turda sonuncu dəfə 2008/09 mövsümündə "Deportivo"ya məğlub olub (1:2). “Real Madrid” bu göstərici üzrə 1961/62 mövsümündən 1976/77 mövsümünə qədər müəyyən edilmiş öz rekordunu yeniləyib.