BAKI, 14 avqust. TELEQRAF
Bakıda "Sabah" və Bolqarıstanın “Levski" komandaları arasındakı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü başa çatıb.
Teleqraf xəbər verir ki, Əlincə stadionunda təşkil olunmuş qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ukraynalı baş hakim Mikola Balakinin idarə etdiyi görüşdə hesabı 40-cı dəqiqədə Radoslav Kirilov açıb. 87-ci dəqiqədə Mazire Soula yekun hesabı müəyyənləşdirib.
İlk matçda 0:1 hesabı ilə uduzan “Sabah” avrokuboklarda mübarizəni dayandırıb.
***
21:45
“Sabah" və Bolqarıstanın "Levski" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.
Teleqraf xəbər verir ki, Əlincə stadionunda təşkil olunan matçın 87-ci dəqiqəsində qonaqlar fərqi artırıb.
87-ci dəqiqədə Mazire Soula fərqlənib.
***
21:02
“Sabah" və Bolqarıstanın "Levski" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Teleqraf xəbər verir ki, Əlincə stadionunda təşkil olunan matçda qonaqlar minimal hesabla öndədir.
Oyunun 40-cı dəqiqəsində Radoslav Kirilov fərqlənib.
***
20:46
“Sabah" və Bolqarıstanın "Levski" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, Əlincə stadionunda təşkil olunan görüşdə qonaqlar minimal hesabla öndədir.
Görüşün 40-cı dəqiqəsində Radoslav Kirilov fərqlənib.
***
20:40
“Sabah" və Bolqarıstanın "Levski" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, Əlincə stadionunda təşkil olunan görüşün 40-cı dəqiqədə Radoslav Kirilov fərqlənib.
***
20:00
“Sabah" və Bolqarıstanın "Levski" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu start götürüb.
Teleqraf xəbər verir ki, görüş Əlincə stadionunda (“Bank Respublika Arena”) keçirilir.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
14 avqust
20:00. “Sabah” (Azərbaycan) - “Levski” (Bolqarıstan) - 0:2
Qollar: Radoslav Kirilov, 40, Mazire Soula, 87
İlk oyun - 0:1.
Baş hakim: Mikola Balakin
Baş hakimin köməkçiləri: Oleksandr Berkut, Viktor Matyaş
Dördüncü hakim: Vitali Romanov
VAR: Oleksey Derevinski
AVAR: Klim Zabroda
(Hakimlər briqadası Ukraynadandır)