BAKI, 12 avqust. TELEQRAF
“Qəbələ”nin futbolçusu Salihu Nasiru Nigeriyanın U-20 milli komandasına dəvət edilib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu avqustun 18-də başlayacaq təlim-məşq toplanışında iştirak edəcək.
Nigeriya sentyabrın 27-də Çilidə start götürəcək 20 yaşlılar arasında dünya çempionatının final mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, Nasiru daha öncə Nigeriyanın U-20 millisinin heyətində 4 oyun keçirib.