BAKI, 7 avqust. TELEQRAF

"Sabah" və Bolqarıstanın "Levski" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başa çatıb.

Teleqraf xəbər verir ki, Sofiyadakı "Georgi Asparuxov" stadionunda təşkil olunan görüşdə meydan sahibi komanda qələbə qazanıb - 1:0.

Matçda yeganə qolu 90+9-cu dəqiqədə Borislav Rupanov vurub.

Qeyd edək ki, "Sabah" və "Levski" arasında cavab matçı avqustun 14-də Əlincə stadionunda keçiriləcək.

***

23:58

“Sabah" və Bolqarıstanın "Levski" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, matçın 90+9-cu dəqiqəsində "Levski"nin üzvü Borislav Rupanov fərqlənib.

***

23:04

“Sabah" və Bolqarıstanın "Levski" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, Sofiyadakı "Georgi Asparuxov" stadionunda təşkil olunan görüşdə hesab açılmayıb - 0:0.

***

22:48

“Sabah" və Bolqarıstanın "Levski" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda komandalar fasiləyə yollanıb.

Teleqraf xəbər verir ki, Sofiyadakı "Georgi Asparuxov" stadionunda təşkil olunan matçda hesab açılmayıb - 0:0.

***

22:01.

“Sabah" və Bolqarıstanın "Levski" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Teleqraf xəbər verir ki, görüş Sofiyadakı "Georgi Asparuxov" stadionunda keçirilir.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

7 avqust

22:00. "Levski" - "Sabah" 0:1

Qol: Borislav Rupanov, 90+9

Hakimlər: Duye Strukan, Alen Yakşiç, Maryan Tomas, Ante Terziç

VAR: Mario Zebets

AVAR: Ante Çulyak (hamısı Xorvatiya)

Sofiya, "Georgi Asparuxov" stadionu.