BAKI, 5 avqust. TELEQRAF
“Qarabağ" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada "Şkendiya"ya qarşı ilk görüşünə çıxıb.
Teleqraf xəbər verir ki, Skopyedəki “Todor Proyeski” stadionunda keçirilən matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Slovakiyalı baş hakim İvan Kruzliakın idarə etdiyi oyun yeganə qolu Toral Bayramov vurub. O, 18-ci dəqiqədə penaltidən fərqlənib.
Qeyd edək ki, “Qarabağ” “Şkendiya” ilə cavab matçını avqustun 12-də keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
***
23:03
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissəsi başlayıb.
Teleqraf xəbər verir ki, Skopyedə təşkil olunan matçda hesab “köhlan atlar”ın xeyrinədir - 1:0.
***
22:48
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununun birinci hissəsi başa çatıb.
Teleqraf xəbər verir ki, Skopyedə təşkil olunan qarşılaşmada Ağdam təmsilçisi minimal hesabla öndədir. Yeganə qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.
***
22:18
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, Skopyedə təşkil olunan görüşün 18-ci dəqiqəsində Toral Bayramov penaltidən fərqlənib.
***
22:00
“Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.
Teleqraf xəbər verir ki, görüş Skopyedəki “Todor Proyeski” stadionunda keçirilir.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
5 avqust
22:00. “Şkendiya” – “Qarabağ” - 0:1
Qol: Toral Bayramov, 18 (pen.)
Baş hakim: İvan Kruzliak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
VAR: Mixal Oçenaş
AVAR: Boris Marhefka
(Hakimlər briqadası Slovakiyadandır)
“Todor Proeski” stadionu.