BAKI, 4 avqust. TELEQRAF

"Sabah" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqiblərini müəyyənləşib.

Teleqraf xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsində Bolqarıstanın "Levski" komandasını keçəcəyi təqdirdə "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.

Muxtar Respublika klubu isə Kipr "Omoniya"sını üstələyərsə, PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk oyununu səfərdə, "Sabah" isə evdə keçirəcək. Bu mərhələnin görüşləri avqustun 21-də və 29-da təşkil olunacaq.