BAKI, 4 avqust. TELEQRAF

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, "köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubuna uduzarsa, Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq uğrunda görüşdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” cütünün məğlubu ilə üz-üzə gələcək.

***

14:07

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubunu keçəcəyi təqdirdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” cütünün qalibi ilə qarşılaşacaq.

"Qarabağ" bu raunda ilk matçını 19-20 avqustda səfərdə, cavab görüşünü isə 26-27 avqustda evdə keçirəcək.

Qeyd edək ki, "Qarabağ" "Şkendiya" ilə iyulun 5-də səfərdə, 12-də isə Bakıda qarşılaşacaq.