BAKI, 15 iyul. TELEQRAF

"Neftçi" yeni keçidini açıqlayıb.

Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, "ağ-qaralar" Freddi Varqası heyətinə qatıb.

Paytaxt təmsilçisi 26 yaşlı cinah oyunçusunu İsrailin "Makkabi Netaniya" klubundan bir illik icarəyə götürüb.

Qeyd edək ki, Freddi Varqas Venesuela yığmasının heyətində üç oyunda iştirak edib.