BAKI, 12 iyul. TELEQRAF

Türkiyə yığmasının futbolçusu Orkun Kökçü “Beşiktaş”la rəsmi müqaviləyə imza atmaq üzrədir.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, son klubu “Benfika” olan yarımmüdafiəçisi İstanbula “Beşiktaş”ın prezidenti Serdal Adalı ilə birgə gəlib.

Tanınmış futbolçu yeni klubu ilə çempion olacağına əminliyini dilə gətirib: “Uşaqlıqdan arzuladığım klub olan "Beşiktaş"a keçdim. Yeni komandamda çempionluq üçün oynayacağıq".