BAKI, 9 iyul. TELEQRAF
Qazaxıstan “Kayrat”ının 16 yaşlı hücumçusu Dastan Satpayev Çempionlar Liqasında (ÇL) I təsnifat mərhələsinin Sloveniya “Olimpiya”sı ilə ilk oyununda qol vurub.
Teleqraf xəbər verir ki, futbolçu nüfuzlu turnirdə debüt matçında fəqlənib.
O, səfər matçının 59-cu dəqiqəsində hesabı açıb. Qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, fevralda Almatı klubu 16 yaşlı futbolçunun İngiltərənin “Çelsi” klubuna keçdiyini rəsmən açıqlamışdı. Forvard 2026-cı ilin yayında yetkinlik yaşına çatdıqda "zadəganlar"a qoşulacaq. Həmin vaxta qədər Satpayev Qazaxıstan klubunda çıxışını davam etdirəcək.