BAKI, 7 iyul. TELEQRAF

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mərasim iyulun 18-də "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq.

Saat 15:00-da başlanacaq tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.