BAKI, 20 dekabr. TELEQRAF
Ukraynanın bir neçə bölgəsində elektrik kəsintiləri baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin Telegram hesabında bildirilib.
Bəyanatda bildirilir ki, "Nikolaev, Xerson, Donetsk və Odessa vilayətlərində istehlakçılar elektrik enerjisiz qalıb.
Agentliyin məlumatına görə, saatlıq elektrik kəsintiləri dekabrın 20-də ölkə daxilində qüvvədə olacaq və bu cədvəl sənaye istehlakçıları üçün də qüvvədə qalacaq.
İki gün əvvəl Ukraynanın milli enerji şirkəti olan "Ukrenergo"nun rəhbəri Vitali Zayçenko "Semafor" portalına verdiyi müsahibədə Ukrayna enerji sisteminin hazırda pis vəziyyətdə olduğunu etiraf edib.
Enerji böhranı səbəbindən ukraynalılara qışın sərt olacağı barədə xəbərdarlıq edilib.