BAKI, 20 dekabr. TELEQRAF
Azərbaycan enerji resurslarının nəqli sahəsində lider olmağa çalışır, Monteneqro isə gələcəkdə Balkan ölkələri və Avropa arasında enerji qovşağı rolunu oynaya bilər.
Teleqraf xəbər verir ki, bunu Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Monteneqronun enerji resurslarının Avropaya nəqli baxımından əlverişli coğrafi mövqeyi Azərbaycanla əməkdaşlığa marağı artırır və bir sıra birgə layihələrin reallaşdırılması üçün geniş imkanlar yaradır:
“Monteneqro bərpa olunan enerji mənbələri sahəsində böyük potensiala malikdir: ölkədə ildə 200-dən çox günəşli gün müşahidə olunur və hidroenerji ehtiyatları kifayət qədər zəngindir. İon–Adriatik qaz kəməri layihəsi çərçivəsində Azərbaycandan Avropanın qərb bölgələrinə qədər uzanan və strateji əhəmiyyət daşıyan əməkdaşlığın qurulması mümkündür”.