BAKI, 20 dekabr. TELEQRAF

BAKI, 20 dekabr. TELEQRAF

Ukraynada seçkilərin keçirilməsi təxminən 472 milyon dollara başa gələcək.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Sergey Dubovik bildirib.

Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanlarının xərcləri də nəzərə alınmaqla, üç növ seçki üzrə xərcin ümumi məbləği təxminən 20 milyard qrivna təşkil edir ki, bu da 472 milyon dollara bərabərdir.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin səlahiyyət müddəti rəsmi olaraq 20 may 2024-cü ildə başa çatıb. Lakin Kiyev hakimiyyəti hərbi vəziyyət davam etdiyi müddətdə seçkilərin keçirilməsinin mümkün olmadığını əsas gətirərək növbəti prezident seçkilərini təxirə salıb.

Rusiya Prezidenti Vladimir Putin “İlin yekunları”na həsr edilən tədbirdə bildirib ki, Ukraynada seçkilər keçiriləcəyi təqdirdə, Rusiya səsvermə günü ölkəyə zərbələrin endirilməsini dayandırmağı nəzərdən keçirə bilər. O, həmçinin Rusiyada yaşayan 5–10 milyon ukraynalının Ukraynada keçiriləcək seçkilərdə səsvermə hüququna malik olmalı olduğunu vurğulayıb.