BAKI, 20 dekabr. TELEQRAF

İsrail Türkiyənin Qəzza zolağında "sabitləşdirmə qüvvələrində" iştirakını rədd edib, Rusiyanın iştirakı isə gözlənilmir.

Teleqraf xəbər verir ki, bu barədə Fələstinin Moskvadakı səfiri Əbdül Hafiz Nofəl TASS agentliyinə müsahibəsində bildirib.

ABŞ prezidenti Donald Trampın hazırkı sülh planı anklavda beynəlxalq "sabitləşdirmə qüvvəsi"nin yaradılmasını nəzərdə tutur.

Nofəlin qeyd etdiyi kimi, belə bir qüvvənin yaradılması üçün ciddi səylər göstərilir, lakin onun mandatı hələ də qeyri-müəyyəndir.

Fələstin səfiri həmçinin iddia edib ki, ABŞ-nin dəstəyi ilə İsrail Fələstinliləri Qəzza zolağından digər ölkələrə qovmağa çalışır.

Dekabrın 7-də İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza münaqişəsinin həlli ilə bağlı Trampın sülh planının birinci mərhələsinin artıq praktik olaraq həyata keçirildiyini açıqlayıb. Yəhudi hökuməti başçısının sözlərinə görə, sonuncu girovun geri qaytarılmasından sonra HƏMAS-ın tərksilah edilməsini və anklavın demilitarizasiyasını əhatə edəcək ikinci mərhələ başlayacaq.