BAKI. 3 iyul. TELEQRAF

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstanın "Aris" komandası Niderlandakı təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxıb.

Teleqraf Saloniki klubunun rəsmi saytına istinadən xəbər verir ki, rəqib Şotlandiya "Livinqston"u olub.

Rotterdam şəhərindəki "Zvaluven" stadionunda təşkil olunmuş görüş "Livinqson"un qələbəsi ilə yekunlaşıb - 3:1.

"Aris" iyulun 5-də Belçikada "Anderlext"lə, iyulun 9-da "Vissel Sportpark"da AZ ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.